20 Yanvar 2022-ci ildə Cəlilabad Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir başlamadan öncə Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılmışdır.
YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəallarının da qatıldığı tədbirdə Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiya nümayiş etdirilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib