20 yanvar 2022 18:36
755

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26784 vaksin vurulub.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11756566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5208739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4723586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1824241 təşkil edir.