20 yanvar 2022 18:37
589

20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirəm - Mustafa Şentop

Türkiyə parlamentinin sədri Mustafa Şentop 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirəm”.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ‘Tvitter’ hesabında yazıb.

‘20 Yanvar qəhrəmanlarının əziz xatirələri xalqımızın qəlbində, yaddaşında əbədi qalacaqdır’, - deyə o qeyd edib.