Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
“İki sahil” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.