21 yanvar 2022 01:49
716

ABŞ və Rusiya arasında danışıqlar davam etməlidir

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı danışıqları davam etdirməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, Baş katib Lavrov-Blinken görüşünün Ukrayna ətrafında deeskalasiya ilə nəticələnəcəyinə ümid edir.