21 yanvar 2022 00:04
713

Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə qadın meyiti tapılıb.

Bu barədə "İki sahil" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.