21 yanvar 2022 16:52
1123

“BOS Şelf” kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - FOTO

Yanvarın 20-də “BOS Şelf” şirkətinin kollektivi Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib.

Azərbaycanın müstəqilliyi uğrunda həlak olan vətəndaşlarımızın anım mərasimi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin qarşısında baş tutub.

Anım mərasimində “BOS Şelf”in baş direktoru vəzifəsini icra edən Nazim Hüseynov, şirkətin rəhbər heyəti, Həmkarlar İttifaqı Komitəsinin sədri Allahyar Əyyubov və əməkdaşları iştirak ediblər.

Mərasim zamanı şəhidlərə həsr olunmuş abidənin qarşısına güllər düzülüb, 1990-cı ilin 20 Yanvar faciəsi zamanı qəhrəmancasına həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi unudulmayacaq!

Orxan Vahidoğlu, "İki sahil"