21 yanvar 2022 18:55
862

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, onlayn formatda keçirilmiş iclasda İctimai Şuranın reqlamenti müzakirə edilib, Şura üzvlərinin təklif, rəy və tövsiyələri dinlənilib.

İclasda həmçinin, işçi qrupların tərkibi, 2022-ci il üçün Fəaliyyət Planı təsdiq edilib, peşəkar birlik və assosiasiyalarla keçirilməsi nəzərədə tutulan ilk görüş barədə fikir mübadiləsi aparılıb.