22 yanvar 2022 01:39
710

Rekord sayda müraciət daxil olub

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün biletlərə satışa çıxandan 24 saat sonra rekord sayda müraciət olunub.

“İki sahil” xəbər verir ki, 1,2 milyon insan bilet üçün müraciət edib.

Ən çox tələb qətərli futbolsevərlərdən olub. Daha sonra Argentina, Meksika, ABŞ, BƏƏ, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar biletləri almaq istəyib. Açılış matçı üçün 80 mindən çox, final oyunu üçün isə 140 mindən çox insan bilet almaq istəyib.

Qeyd edək ki, 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək dünya çempionatı üçün bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.