22 yanvar 2022 08:16
799

Tacikistana 650 min 400 doza “Moderna” peyvəndi göndərilib

Tacikistana COVAX proqramı çərçivəsində 650 min 400 doza “Moderna” peyvəndi göndərilib.

“İki sahil” xəbər verir ki, peyvənd ölkəyə UNICEF-in Tacikistandakı nümayəndəliyinin dəstəyi ilə göndərilib. İndiyədək COVAX proqramı çərçivəsində Tacikistana 8 milyon 650 min 400 doza peyvənd göndərilib.

Qeyd olunur ki, bu vaxtadək ölkədə 4 milyon 312 min 744 şəxs peyvənd olunub. Ümumiyyətlə isə Tacikistanda 5 milyon 826 min 301 adam peyvənd edilməlidir.

Xatırladaq ki, Tacikistanda “CoronaVac”, “AstraZеneca” və “Moderna”, “Pfizer” və “Спутник V” peyvəndlərindən istifadə olunur.