22 yanvar 2022 08:56
667

ABŞ-da məktəbdə şagird güllələnib

ABŞ-ın Merilend ştatında şagird digər şagird tərəfindən güllələnib.

“İki sahil” xəbər verir ki, hadisə yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal binanı mühasirəyə alaraq, cinayətkarın hadisə yerindən yayınma ehtimalını aradan qaldırıblar.

Binada aparılmış axtarışlar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər 17 yaşlı məktəbli saxlanılaraq, nəzarət altına alınıb.

Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri haqqında məlumat verilmir.