22 yanvar 2022 08:21
794

Bakıda 66 yaşlı qadını avtomobil vurub

Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb

“İki sahil” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.