22 yanvar 2022 10:05
633

Alyaskada güclü zəlzələ olub

ABŞ-ın Alyaska ştatı sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti bildirib.

Qeyd olunur ki, zəlzələnin episentri 4 min əhalinin yaşadığı Unalaşka şəhərindən 87 kilometr şimal-şərqdə, yerin 3 kilometr dərinliyində olub.

Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, ötən həftə Tonqada güclü vulkan püskürməsi nəticəsində sunami baş vermiş, fəsadlar Yaponiya və Amerika ölkələrinin sahillərində də qeydə alınmışdı.