Bakıda bahalı avtomobil nömrəsi satışa çıxarılıb.
"İki sahil" lent.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb.
Bildirilir ki, “10-ZZ-022” seriyalı dövlət qeydiyyat nişanı nə az, nə çox 111 min manata təklif olunur.
Nömrə hazırda Bakı şəhərindədir.