24 yanvar 2022 15:37
961

Mədəniyyə Nazirliyi açıqlama yayıb: "Dövlət xətti ilə getməyiblər"

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

“İki sahil” xəbər verir ki,  artıq Mədəniyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.