2021-ci ildə Türkiyənin xam polad istehsalı əvvəlki illə müqayisədə 12,7% artaraq 40,4 mln. tona çatıb. Bu, indiyə qədər Türkiyədə qeydə alınan ən yüksək göstəricidir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Polad İstehsalçıları Birliyinin açıqlamasında deyilir.
Qlobal proteksionizm tədbirlərinə, xammal, enerji çatışmazlığı və karbon emissiyasını azaltmaq üçün olan məhdudiyyətlərə baxmayaraq, ölkənin polad sektoru 2021-ci ili müsbət rəqəmlərlə başa vurmağı bacarıb.