24 yanvar 2022 19:12
694

Ötən ilin dekabr ayında 52 mln. manatlıq ani ödəniş həyata keçirilib

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 2021-ci ildə həyata keçirilən ödənişlərin sayı 117 min, həcmi isə 280 mln. manat olub.

"İki sahil"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə dekabrda 52 mln. manatlıq ani ödəniş həyata keçirilib ki, bu da noyabr ayı ilə müqayisədə 79,3% çoxdur. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

Xatırladaq ki, AÖS-ün "AniPay" mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və "QR kod" nağdsız ödəniş imkanı bu il yaradılıb.