24 yanvar 2022 19:27
1333

Əməkdar artist: İnanmazdım ki, bu qədər pul qazanacam - VİDEO

"İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam. Xalqın, dövlətin qədrini bilməyi gərək Allah adama qıysın. Özümün də yadımdan çıxıb ki, neçə bulaq çəkmişik. Elə bilərlər ki, milyonum başımdan aşır. Birdən sabah pulum olmaz, sabah bu yaxşılığı edə bilmərəm deyə, etmişəm. Bunları mən qaloş geyinəndə etmişəm".

“İki sahil” xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Nanəli" proqramında deyib. Xanəndə qazandığı pullara bulaq tikdirməsindən və məscid təmir etdirməsindən söz açıb: "Allahın yazığı gəlib bunları mənə qismət elədi. Həmişə demişəm, Allahım, sənin rızan üçün edəcəyim işlərə yol ver ki, birdən sabah səsim olmaz. Bir adam mənə kömək etmədi".