24 yanvar 2022 19:50
678

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

İngiltərənin “Brentford” klubu baş məşqçi Tomas Frankla müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, danimarkalı mütəxəssislə 2025-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tomas Frank 2018-ci ildn İngiltərə klubunda çalışır. “Brentford” Premyer Liqada 14-cü sıradadır.