24 yanvar 2022 19:28
806

Roma Papasından Messiyə hədiyyə FOTO

“Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi Katolik kilsəsinin Lion yeparxiyasının rəhbəri Emmanuel Qobilyardan hədiyyə alıb.

“İki sahil” xəbər verir ki, argentinalı hücumçuya Roma Papası Fransiskin imzası olan köynək hədiyyə edilib. Qobilyar bu barədə öz "Tvitter" hesabında məlumat yayıb: 

“Bu gün Lionel Messiyə Papa Fransisin imzası olan ilk rəsmi Vatikan köynəyini verdim. Messi mömindir və o, mənə bu jestin onun üçün nə qədər vacib olduğunu söylədi. Biz birlikdə dua etdik”.