Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qaziantepin bələdiyyə sədri Fatma Şahin arasındakı dialoq gündəm olub.
"İki sahil" haberler.com-a istinadən xəbər verir ki, Qazintep Universitetində baş tutan açılış mərasimi zamanı dövlət başçısı bələdiyyə sədrindən "Rektordan şikayətiniz varmı?" deyə soruşub. Fatma Şahin isə "Çox pis, çox pis. Tam bir dəlidir" - deyə cavab verib.
Mikrofon açıq olduğuna görə, dialoq eşidilib.