24 yanvar 2022 21:45
676

Daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Cəsəd Suqovuşanda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1707 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.