Nebahat Çehre
Tanınmış aktrisa Nebahat Çehre gözəlliyi ilə illərə meydan oxuma sirlərini izah edib. Aktrisa, "Heç kim yaşına fikir verməsin. Həyatınızı yaxşı yaşayın. Yemək-içməyim üçün heç bir məhdudiyyət yoxdur, amma hər gecə saat 18:00-da 6 km piyada gəzirəm" deyib.
Aktrisa professor həkim Serdar Dağa gözəllik sirlərini danışıb. O, "Hər yaşda idman etməyi məsləhət görürəm. Hər gün 10 min addım atıram. Botoks və dəriyə qulluq edirəm. İnsan güzgüyə baxanda özünü xoşbəxt görməlidir" deyib.
Vera Brejneva
Rusiyanın məşhur ulduzu Vera Brejneva sağlam bir həyat tərzinin tərəfdarıdır O, yediklərinə fiki verir, çox gəzir, siqaret çəkmir və içki içmir. Daima gumrah qalmaq üçün o, pilates ilə məşğül olur. Ulduzun düşüncələrinə görə, pilates əzələləri güclü və rahat edir və beləliklə o, daim formada qalır.
Ornella Muti
Oynadığı rollarla sevilən zərif və gözəl aktrisa Ornella Mutini də bir neçə gözəllik sirləri var. Qidaya qarşı çox həssas olan Ornella Muti yeməkləri çox kiçik hissələrə bölərək yeyir. Tətildən sonra özü üçün oruc günləri təşkil edir və alkoqollu içkilərə tamamilə laqeyddir. İllər ərzində pilates ilə məşğul olan Muti dərisini və saçlarını qorumaq üçün çox su içir və mütəmadi olaraq kosmetik məhsullardan istifadə etməyi unutmur. Aktrisa həqiqətən dekorativ kosmetik məhsullardan istifadə etməyi sevmir və ehtiyac olarsa, makiyajında belə əsasən zərif rənglər seçir. Qəti şəkildə plastik əməliyyatlara qarşı olduğunu etiraf edən Ornella üzündəki və bədənindəki yeni qırışlardan narahat olmur, pasportdakı yaşa görə ruhdan düşmür.
Mariya Şarapova
Dünya şöhrətli tennisçi Mariya Şarapova daha çox zərif qadın ətirlərini sevir. Onun sözlərinə görə, ətir seçimində ən birinci nəzərə aldığı şey həmin qoxunun ona rahatlıq hiss etdirməsidir.
Tennis meydançasına çıxarkən ətir vurmayan Şrapova demək olar ki, kosmetikadan çox az istifadə edir.
O, üzündəki makiyajı silmək üçün “Decleor” markasından istifadə edir. Harasa gedəndə isə “Chanel” firmasına aid olan dodaq boyası mütləq çantasında olur. Gündəlik həyatda nəmləndirici krem, tuj və təbii çalarlı dodaq boyasından istifadə edən məşhur tennisçi,səyahətə çıxarkən mütləq yanında götürəcəyi kosmetik vasitələr dodaq üçün nəmləndirici balzam və kremdir.
Hər gecə soyuducuya “Evian” markasına aid termal su qoyan Şarapova məşqlərdən sonra onu üzünə və bədəninə sürtür.
Şarapovanın düşüncələrinə görə, daimi hərəkət insana enerji verir və orqanizmi cavan saxlayır. Onun qadınlara isə məsləhəti odur ki, bədəninizi formada saxlamaq istəyirsinizsə, o zaman mütləü idman ilə məşğul olmaq lazımdır.
Sofi Loren
Sofi Lorenin fikrincə, onun gözəlliyinin açarı pomidordadır.
Pomidoru püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren bu qarışığı üzünə sürtür və bir saat gözləyir.
Bu üsulla həm dərisinin qocalmasının qarşısını alır, həm də parlaq görünməsinə kömək edir.
Sindi Kroford
Model Sindi Kroford südlü su ilə gözəlləşir. Cazibədar xanım dərisinin yumşaq və nəmli qalması üçün suya bir az süd qarışdırıb üzünü silir. Südün tərkibindəki protein, vitamin və aminoasidlər dərinin ehtiyacı olan nəmliyi təbii yolla bərpa edir.
Cennifer Lopez
Daim gözəlliyini qoruyub-saxlayan pop ulduz Cennifer Lopezin də özünəməxsus gözəllik sirləri var. Dərisini qoruyan müğənni əsla kafein qəbul etmir və siqaret çəkmir. Qəhvədə, çayda, bəzi kimyəvi dərmanlarda olan kafeini bədənindən uzaq saxlayan Jennifer Lopez sağlam dərinin sirrinin kafeindən və siqaretdən uzaq durmaq olduğunu bildirib.
Nyuşa
Gənc müğənni Nyuşa görünüşünə və sağlamlığına diqqət edən məşhur xanımların sırasına daxildir. Müğənninin düşüncə tərzinə görə, cazibədarlığın və sağlamlığın açarı məhz sağlam yuxu və yaxşı tətildir. Buna görə də onun hər günə tərtib etdiyi cədvəli olur. Siqaret çəkməyən Nyuşa spirtli içkiləri də yalnız bayramlarda qəbul edir. Gözəl bədənə sahib olmaq üçün Nyuşa çoxlu su içir və idmanla məşğul olur. Pəhrizlərə üstünlük verməyən gənc müğənni, sadəcə axşamlar yemək yemir.
Sandra Bullok
Sandra Bullok isə alma qabıqlarından maska kimi istifadə edir.
Onun sözlərinə görə, alma qabığı pilinq təsirinə malikdir və dəridəki hüceyrələrin yenilənməsini təmin edir. O, həmçinin gündə ən az 2 ədəd alma yeyir və bu meyvənin həm bağırsaqlara xeyirli təsirinə, həm də dərisini gözəlləşdirdiyinə inanır.
Kristina Aqilera
Kristina Aqilera parlaq dərisinin sirrini kartofda görür.
Hər gün çiy kartof dilimlərini dərisinə sürtən müğənni bunun həm sızanaqlar üçün faydalı olduğunu, həm də parıltı verdiyini söyləyir.
Nataşa Korolyova
Rusiyanın digər məşhur müğənnisi tez-tez botoks iynələrinə müraciət etsə də, plastik cərrahiyyənin əleyhinədir. Nataşanın öz gözəllik salonu görə o, öz görünüşünü orada işləyən yüksək səviyyəli peşəkarlara etibar edir. Cəlbedici bədənə sahib olan ulduz bədininin fit olması üçün tennis ilə məşğul olur. Müğənni həftədə üç dəfə şəxsi məşqçisi ilə məşq edir. Nataşa pəhriz saxlaya bilmədiyinə görə yeməyi hissələrə bölərək xırda-xırda yeyir, nişastalı qidalardan və şirniyyatlardan daha az istifadə edir. Nataşa, həmçinin, zəlilər ilə müalicə metodu olan hirudoterapiya prosedurundan da tez-tez istifadə edir.
Madonna
Əslində çox da cavan olmayan Madonna yaşına baxmayaraq çox gözəl görünür. Çünkü o, kosmetikanın plasentar növündən istifadə edir.Belə ki, bu tip kosmetika qırışları tarıma çəkir və dərinin qocalmasının qarşısını alır.
Ancelina Coli
Ancelina Coli gün ərzində minimum iki litr qazsız su içir. Su toksinlərin orqanizmdən xaric olunması, dərinin nəmlənməsi və yüngüllüyünü təmin edir. Aktrisa hər dəfə dərisinə qara kürü sürtərək, yaşlanma prossesindən qoruyur.
Viktoriya Bekhem
Viktoriya Bekhem avokado maskasının və ev şəraitində spa prosedurun pərəstişkarıdır. Eks "Spice girls" əlləri üçün də maska edir. "Əllərimə qidalandırıcı krem çəkəndən sonra xüsusi əlcəklər geyinib yatıram" - deyə, etiraf edir.
Samirə Tağıyeva, “İki sahil”