Müəyyən göz xəstəlikləri olan şəxslər "Omikron"a daha həssas olan insanların kateqoriyasına daxildir.
“İki sahil” xəbər verir ki, bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin eksperti Tatyana Şilova xəbərdarlıq edib.
"Əvvəla, bu, görmə orqanının qişasının bütövlüyünün pozulduğu xəstəliklərə aiddir, yəni quru göz sindromu, allergik təzahürlər, iltihab, konjonktivit və keratit (gözün buynuz qişasının iltihabı)", - deyə o, izah edib.
Onun sözlərinə görə, selikli qişası artıq hansısa dağıdıcı proses nəticəsində zədələnmiş şəxslər risk qrupuna daxildir.
"Bu zaman hər hansı bir yoluxucu agentin, o cümlədən koronavirusun içəri daxil olma ehtimalı daha yüksəkdir", - deyə Şilova əlavə edib.