26 yanvar 2022 15:41
1191

Neft heç də hər zaman bizim gördüyümüz kimi qara rəngdə olmur - VİDEO

SOCAR “facebook” səhifəsində neft haqqında maraqlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, neft heç də hər zaman bizim gördüyümüz kimi qara rəngdə olmur. Qara neft üçün ən çox yayılmış rəngdir. Neftin çalarları sarı rəngdən tünd qəhvəyi rəngədək dəyişir. Bəzən açıq sarı-yaşıl rəngə boyanmış, bəzən isə demək olar ki, rəngsiz (açıq qəhvəyi) və ya tünd yaşıl rəngdə neft də tapılır.