26 yanvar 2022 15:58
1475

Ən çox pul qazanan Youtuberlər/FOTO

Youtuber günümüzdə hər kəsin olmaq istədiyi bir işdir. Youtuberlər qazandığı məbləğə görə çox populyar olurlar. Bu biznesdən uğur qazanan bir çox adlar da var. Onlardan bəzilərini sizə təqdim edirik.

MrBeast - 54 milyon dollar

88,3 milyon abunəçisi olan MrBeast, əyləncəli videolarında təsadüfi insanlara böyük miqdarda pullar və hədiyyələr verməsi ilə tanınır. Bir növ müasir Robin Quda bənzəyir. MrBeast bu yaxınlarda Netflix-in serialı Squid Game-nin setini quraraq orada yarışmalar keçirib və bu video 204 milyon dəfə izlənilməklə böyük maraq doğurub.

Jake Paul - 45 milyon dollar

“YouTube”da 20,4 milyon abunəçisi olan Paul boks videoları ilə tanınır.

Markiplier - 38 milyon dollar

31,5 milyon abunəçisi olan Markiplier “YouTube” kanalında izləyiciləri ilə əyləncəli oyun və parodiya məzmunu paylaşır.

Rhett və Link - 30 milyon dollar

“Good Mythical Morning” adlı serialları ilə tanınan ikilinin öz kanallarında 4,99 milyon, “Good Mythical Morning” kanallarında isə 17,4 milyon abunəçisi var.

Unspeakable - 28,5 milyon dollar

4 kanalda toplam 20 milyondan çox abunəçisi olan Unspeakable, Minecraft və zarafat videoları ilə tanınır.

Like Nastya - 28 milyon dolar

“Youtube”da 85,8 milyon abunəçisi olan Like Nastya Nastya adlı balaca uşaq və ailəsinin azyaşlı uşaqlar üçün hazırladığı maarifləndirici videoları ilə tanınır.

Ryan's World - 27 milyon dollar

Rayan Kaji adlı balaca uşağın kanalı olan Ryan's World-ün 31,4 milyon abunəçisi var. Kaji uşaqlar üçün əyləncəli oyunları və elmi məzmunlu videoları ilə tanınır.

Dude Perfect - 20 milyon dollar

5 dostdan ibarət Dude Perfect idman məzmunlu videoları ilə tanınır. Kanalın “YouTube”da 57 milyon abunəçisi var.

Loqan Paul - 18 milyon dollar

İntihar meşəsi hadisəsindən sonra sərt tənqidlərə məruz qalan Loqan Paul bu il yenidən ən çox qazananlar siyahısına daxil olub. Qardaşı kimi kanalında döyüş videoları paylaşan Paulun 23,3 milyon abunəçisi var.

Preston Arsement - 16 milyon dollar

Siyahıda sonuncu yerdə çoxlu kanalları olan Preston Arsement gəlir. Ümumilikdə təxminən 30 milyon izləyicisi olan Arsement oyun, zarafat və challenge videoları ilə tanınır.

Vüsal Cahanov, “İki sahil”