28 yanvar 2022 21:07
915

Milli Qəhrəman Fəxrəddin Şahbazov yad olunub FOTO

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Milli Qəhrəman Fəxrəddin Şahbazovun 72-ci doğum günü qeyd olundu . Mərkəzi Kitabxananın əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə öncə Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra kitabxanaçı Asudə Adışova tədbirdə çıxış edib qəhrəmanın həyat və fəaliyyəti barədə danışıb:” Əslən Lerik rayonunun Kəlvəz kəndindən olan Fəxrəddin İbrahim oğlu Şahbazov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə xidməti başa vuran Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış, 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ, eləcə Qərbi Azərbaycan torpağından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər. Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Şəhidlərin arasında Fəxrəddin də var idi. O, Bakı şəhəri, Şəhidlər xiyabanında torpağa tapşırılır.”

Sonda tələbələr sərgiyə baxış keçiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü