“Qarabağ”ın futbolçusu Qaspar Panaderonun Kiprin AEK klubuna keçəcəyi dəqiqləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib: “Qasparın AEK klubuna icarəyə verilməsi ilə bağlı danışıqlarımız yekunlaşmaq üzrədir. Şifahi razılıq əldə olunub. Sadəcə, məsələnin rəsmi tərəfi qalıb. Müqavilə bağlandıqda sonra Qaspar bu mövsümün sonuna qədər Kiprin AEK klubuna icarəyə veriləcək”.
Qeyd edək ki, ötən yay "Qarabağ"a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. Sonuncu dəfə isə oktyabrın 3-də "Qəbələ" ilə çempionat matçından iştirak edib.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB