28 yanvar 2022 18:12
467

Ronaldo Corcina ilə evlənəcəyini açıqladı

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə evlənməyi planlaşdırdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, "Netflix"də "Mən Corcinayam" sənədli realiti-şousunda deyib: “Mən həmişə ona bu barədə deyirəm. Bu, bir ildə, altı ayda və ya bir ayda ola bilər. Toyun baş tutacağına min faiz əminəm”.

Qeyd edək ki, Corcina və Ronaldo 2016-cı ildən sevgilidirlər.Onların Alana Martin  adlı bir qızı var.  2021-ci ilin sonunda cütlük əkiz uşaq gözlədiklərini açıqlayıb.