28 yanvar 2022 20:12
962

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib FOTO

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

“İki sahil” xəbər verir ki,  YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub: 

Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı

Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı

Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı

Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı

Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı

Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı

Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı

Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı

Heydərov Rövlan Nəsib oğlu -  YAP Naftalan şəhər təşkilatı

 Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı

 İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı

 İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı

 Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı

 Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı

 Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı

 Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı

 Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı

 Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı

 Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı

 Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı

 Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı

 Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı

 Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı

 Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı

 Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı

 Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı

 Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı

 Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı

 İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı

 Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı

 Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı

 Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı

 Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı

 Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı

 Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı

 Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı

 Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı

 Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı

 Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı

 Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı

 Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı

 Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı

 Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı

 Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı

 Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı

 Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı

 Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı

 Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı

 Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı

 Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı

 Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı

 Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı

 Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı

 Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı

 Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı

 Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı

 Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı

 İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı

 Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı

 Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı

 Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı

 Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı

 Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı

 Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.