28 yanvar 2022 20:38
1170

YAP-ın 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır.

“İki sahil” xəbər verir ki,  bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında deyib.

O, qarşıda dayanan vəzifələrdən danışıb və bildirib ki, yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.