29 yanvar 2022 01:16
697

Mobil telefondan çox istifadəyə etdiyinə görə depressiyaya düşüb

Britaniyalı müğənni Ed Şiran mobil telefondan istifadəyə görə depressiyaya düşüb.

“İki sahil” xəbər verir ki, sənətçi bu səbəbdən smartfondan imtina etdiyini bildirib. Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhval-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib. Sənətçi insanlarla əlaqəni kəsmədiyini, yalnız onları məhdudlaşdırdığını söyləyib.

O, hazırda ünsiyyət üçün e-poçtdan istifadə edir.