28 yanvar 2022 22:04
719

Avropada qazın qiyməti neçəyədir?

Avropada qazın qiyməti hər min kubmetr üçün 1065 ABŞ dolları səviyyəsində qərarlaşıb.

"İki sahil" bu barədə Londonun Fond Birjasının məlumatlarına istinadən xəbər verir.

Niderlanddakı TTF mərkəzində fevral fyuçerslərinin qiyməti həftəlik ticarəti 1065 ABŞ dolları səviyyəsində bağlayıb.

Bütün həftə ərzində qaz alqı-satqısı 1000-1100 ABŞ dolları diapazonunda olub. Hətta dekabrın sonundan indiyədək ilk dəfə olaraq 1100 ABŞ dollarından yuxarı qalxıb.

Avropada həftə ərzində qazın qiymətinin ümumi artımı təxminən 17 % təşkil edib.