31 yanvar 2022 18:15
833

Omikrona tutulmuş şəxs 1-2 saata artıq yoluxdurucu olur - ALİM AÇIQLADI

Koronavirusun omikron ştamına yoluxan şəxs bir neçə saat ərzində infeksiyanı yaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə virusoloq alim Aleksandr Semyonov danışıb.

O, bildirib ki, bu işin ən xoşa gəlməz halı odur ki, infeksiyaya yoluxan şəxs virusu üç-dörd gün keçdikdən sonra deyil, bir neçə saatdan sonra artıq yaymağa başlayır.

A.Semenov əlavə edib ki, bununla belə omikron bədəndən daha sürətli - təxminən bir həftə ərzində çıxır.