Mətbəxdə yemək bişirməyin ən çətin tərəflərindən biri soğanı doğramaq və onların gözyaşardıcı təsiri ilə mübarizə aparmaqdır. Bununla belə, yeni növ soğanın meydana çıxması ilə artıq soğanı doğrayarkən göz yaşlarının qarşısını almaq olar.
Yemək bişirən hər kəsin ümumi kabusu soğan doğrayarkən göz yaşı tökməkdir. Ancaq artıq qızarmış gözlər keçmişdə qaldı, çünki İngiltərədə ilk dəfə yeni soğan çeşidi satışa çıxarılıb.
“Sunions” şirkəti İngiltərə bazarına “gözyaşardıcı olmayan və şirin" soğan çeşidi gətirib. Göz yaşı tökməyəcəyinizi vəd edən yeni soğan növünün 30 illik araşdırmalara əsasən bu mərhələyə çatdığı iddia edilib.
Soğan doğrayarkən yaranan göz yaşları və qızartı probleminin həlli üçün indiyə qədər istifadə edilən hiylələr arasında soğanı əvvəlcə dondurucuya qoymaq, suya batırmaq, hətta üzgüçülük eynəkləri taxmaq variantlarından istifadə edilirdi. İngiltərə bazarında hətta bunun üçün 23 funta xüsusi linza da satılırdı.
“Sunions” soğanları qiymətinə görə adi soğandan daha bahadır.
Gözləri yaşartmayan “Sunions” soğanları artıq ABŞ bazarında da var.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər