01 fevral 2022 09:19
617

15 ildən artıq “Boeing 727”də yaşayan təqaüdçü FOTO

Aviasiya mühəndisi Bruce Campbell təqaüdə çıxmaq qərarına gəldikdə, o, artıq harada məskunlaşmaq istədiyini dəqiq bilirdi. O, yığdığı pulla sıx meşəlikdə, insan gözündən uzaqda yerləşdirdiyi istismardan çıxmış "Boeing 727" təyyarəsinə sahib idi. Artıq 15 ildir ki, o bu "təyyarə evində" təlaşdan uzaq, sakit bir həyatdan xoşbəxtliklə zövq alır. Onun bu "evinə" qonaq gələnlər həmişə razı qalır, çünki buradakı qeyri-adi həyatı görmək onlara da maraqlıdır.

"İki sahil" aviatravel.az-a istinadən bildirir ki, Brüs evə çevirdiyi təyyarəni qoyduğu 4 hektara qədər meşə sahəsini satın alıb. Bu qeyri-adi yaşayış evi ABŞ-ın Oreqon ştatında, Portlend yaxınlığında yerləşir. Bir vaxtlar bu təyyarə Onassis milyonçular ailəsinə aid idi və Aristotel Onassisin cəsədi Yunanıstandakı evində dəfn olunmaq üçün Jaklin Kennedi tərəfindən ora aparılmışdı. Lakin bu, çoxdan idi və 2003-cü ildə köhnə, lakin möhkəm təyyarəni Bruce cəmi 220.000 dollara satın aldı.

Təyyarədə otaqlar yoxdur, avadanlıqların çoxu çıxarılıb, faktiki olarq bu yer kürəsində qeydə alınan kasıb bir alüminium konteynerdir. Su çəndən içilir, duş yuvarlanan pvc təbəqədən hazırlanıb, köhnə divan həm də yataq funksiyasını daşıyır. Ərzaq və alət ehtiyatları ayağınızın altında yerləşdirilb, orta hesabla hər 2-3 aydan bir "ehtiyatı" doldurmaq lazım gəlir. 

Əslində, təqaüdçü mühəndis öz təyyarəsində cəmi altı ay yaşayır, qalan vaxtını Yaponiyada keçirməyə üstünlük verir. O, başqa bir təyyarə almağı və artıq orada, okeanın o tayında oxşar yaşayış evi tikməyi xəyal edir.