01 fevral 2022 15:01
1302

Corcina: İşə avtobusla gəlib, "Bugatti" ilə qayıdırdım

Xəbər verdiyimiz kimi, dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Corcina Rodrigeslə yaşadığı eşq hekayəsi haqda sənədli film çəkilib.

“İki sahil” xəbər verir ki, "Netflix"də yayımlanacaq olan ekran işində müsahibə zamanı model Ronaldo ilə tanış olduqları ilk vaxtlardan söhbət açaraq maraqlı məqamlara toxunub.

Corcinanın sözlərinə görə, o, 2016-cı ildə "Gucci" mağazasında çalışarkən Ronaldo ilə tanış olub. Həmin vaxtlar model saatda 10 avro maaş aldığını etiraf edib.

O, vurğulayıb ki, futbolçu onu işdən götürməyə "Bugatti" ilə gəlirmiş və bütün iş yoldaşları buna təəccüblənirmiş: "Dəfələrlə işdən sonra məni aparmağa gəlib. İşim axşam saat 22:00-da bitirdi. O, məni "Bugatti" ilə götürməyə gəlirdi. Həmkarlarım dəli oldular, inana bilmirdilər. Avtobusla gəlib, "Bugatti" ilə qayıdırdım. Arzu edirdim ki, yanımda yaraşıqlı şahzadə olsun. Onun sevgisi həyatımı gözəl xəyala çevirdi".

Eyni zamanda filmdə Ronaldonun da müsahibəsi yer alıb. O, Corcinanın sözlərini təsdiqləyərək həmin anları belə xatırlayır: "Corcinanın həyatımın qadını olduğunu tez anladım. Maşınlarım var idi, niyə onu taksiyə mindirməliydim? Gülməlidir, onu bu parlaq avtomobillərdə mağazanın çıxışında gözləyirdim".