01 fevral 2022 19:00
1121

Bu faktları bilirsinizmi? - FOTO

Yaşadığımız dünya haqqında əslində az şey bilirik. Okeanların dibində, kosmosda baş verənləri də götürsək, araşdırılmamış hələ də çox mövzu var. Buna görə də, tez-tez rastladığımız maraqlı faktları sizə də təqdim edirik:

1. Bakteriyaların antibiotiklərə qarşı müqaviməti tamamilə fərqli səviyyədədir. Bakteriyalar o qədər sürətlə çoxalır və inkişaf edir ki, hətta ən təsirli antibiotiklər də köhnəlir. Sadə bir kəsik və ya sinus infeksiyası kimi şeylərin belə həyati təhlükə yarada biləcəyi kritik bir nöqtəyə çatacağıq. Soyuqdəymə üçün antibiotik qəbul etməyin. Çox güman ki, bu bir virusdur və antibiotiklər sadəcə lazımsızdır. Əgər sizə antibiotiklər təyin olunubsa, onları sonacan bitirin.

2. 1970-ci ildən bəri bütün vəhşi canlıların 60%-i yox olub və yox olmaqda davam edir.

3. Dələlər ot yeyən heyvanlar deyil. Əslində, onlar xüsusilə ac olduqları zaman bu sevimli kiçik sincablara hücum edərək onları yeyirlər.

4. Kobralar böyürə bilirlər.

5. 1923-cü ildə Sovet İttifaqında doğulan kişilərin yalnız 20%-i İkinci Dünya Müharibəsindən sağ çıxıb.

6. Facebook hesabınız olmasa belə, Facebook-un sizin haqqınızda “kölgə profili” var və sizin kim olduğunuzu öyrənmək üçün internetin hər yerindən (uyğun yaş, ad, yer, maraqlar və s.) məlumat toplayır. Belə ki, əgər siz yeni hesab yaratsanız, onlar sizin haqqınızda hər şeyi bilirlər.

7. Yer üzündə hər 200 nəfərdən biri Çingiz xanla qohumdur.

Nubar Süleymanova, “İki sahil”