Selena Qomez
Bir neçə il əvvəl Selena Gomez ciddi bir xəstəliklə mübarizə apardığını etiraf etdi. Müğənni nadir xəstəliklərdən olan otoimmündan əziyyət çəkir. Selena hətta müalicə olunmaq üçün karyerasında ara verərək bir neçə dəfə kimyəvi terapiyadan keçdi. Lakin onun müalicəsi qənaətbəxş bir nəticə vermədi. Xəstəlik irəlilədikcə Gomezin böyrək və ürəyi də zədələndi. Bəzi KİV-lərin yaydığı məlumata görə, müğənninin xəstəliyi böyrəklərini zədələyib və bu səbəbdən transplantasiyaya ehtiyacı oldu. Müğənninin yaxın dostu Fransia Rik donor oldu və əməliyyat keçən ilin sentyabrında baş tutdu. Təəssüf ki, müğənninin hələ xəstəliyinin hələ də müalicəsi yoxdur.
Şarliz Teron
Hollivudun ən gənc ulduzlarından Şarliz Teron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Şarliz Teron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxt ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir.
6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa 13 yaşı olarkən həyatında bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtaliyaya gedir və orada model olaraq işləməyə başlayır. Aktrisanın sözlərinə görə, çətin həyatı onun üçün əslində bir sınaq olub və onu güclü qadın edib.
Sofiya Vergara
Kolumbiyalı aktrisa və model Sofia Vergaranın həyatı kədərli hadisələrlə doludur. 1998-ci ildə bir qardaşı Boqotada öldürüldü, 2011-ci ildə isə digər qardaşı narkotik maddə alveri səbəbindən həbs olunaraq ABŞ-dan deportasiya edildi. Gözəl aktrisanın başına gələn bədbəxt hadisələr bitmək bilmir. 2000-ci ildə ona həkimlər tərəfindən dəhşətli bir diaqnoz qoyulur. Tiroid xərçəngindən əziyyət çəkən aktrisa bu xəstəliyi gizlədir. Xoşbəxtlikdən keçirdiyi əməliyyat uğurlu olur və keçirdiyi kimya terapiya nəticəsində aktrisa amansız xəstəliyə qalib gəlir.
Leon Kuperman
Leon Kuperman məşhur amerikalı təşəbbüskar, uğurlu iş adamı və milyarderdir. Lakin az adam Kupermanın kasıb mühacir ailəsindən olduğunu bilir. Universiteti bitirmək üçün kredit götürən Leon həyatını sıfırdan başlayan məşhurların sırasına daxildir. Kuperman sözlərinə görə, o, bütün dünyaya sübut edib ki, orta bir İQ-ya sahib olan bir insan belə məqsədlərinə nail ola bilər.
Joan Roulinq
Joan Roulinq məşhur yazıçı və "Harry Potter" seriyasının müəllifidir. 2004-cü ildə Böyük Britaniyanın ən varlı qadını kimi seçilən bu xanımın əslində, çox çətin həyatı olub. Belə ki, depressiyadan əziyyət çəkən bu xanım "Harry Poter" kitabını yazmaq qərarına gəlir və bunun üçün bacısının həyat yoldaşının olan Edinburqda yerləşən “Nikolas”adlı kafeyə gedirdi.
1997-ci ilin iyunda çıxan "Harri Potter və Fəlsəfə Daşı" romanı sensasiyaya səbəb oldu. J. Roulinqın birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı kimi tanındı və bununla xanımın həyatı tamamilə dəyişdi.
Qeyd edək ki, Joan Roulinq "Harry Poter" haqqında yazdığı 5 fərqli kitab üçün 15 milyon dollar almışdı.
Mayk Tayson
Məşhur boksçu Maykl Cerard Tayson ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. 11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını büsbütün dəyişib. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevirdi. Bir dəfə yerli uşaqlardan ibarət bandit qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birinin başını üzərək yerə atır. Bundan bərk qəzəblənmiş Mayk rəqibinin üstünə şığıyır və onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları və yerli bandit qruplaşması arasında Maykın nüfuzu birə-beş artır.
Həyatında baş verən və gələcəyini müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun kralı Məhəmməd Əli ilə görüşü olur.Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsi ilə görüşü Maykda xoş təəssürat yaradır. Beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir. Bu məktəbdə o, idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsl insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D` Amato ilə tanış edir. Hər şey bundan sonra başlayır. Kass D` Amatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir və beləliklə, onun həyatı tamamilə dəyişir. Hal-hazırda Tayson dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusudur. O, ağır çəki dərəcəsində ən yaxşı keçmiş boksçulardan biri kimi qəbul edilir. Əfsanəvi Tayson ağır çəki dərəcəsində ən gənc dünya çempionu olmuş boksçudur.
Opra Uinfi
Oprah Uinfi qaradərili tanınmış bir aparıcı və media maqnatıdır. O,1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur. Tələbəlik illərində yerli teleradioda işə başlayır. Televiziyada ilk qaradərili qadın xəbər aparıcısı olur. 1983-cü ildə reytinqsiz səhər proqramında aparıcılığa başlayır və onu reytinqlərdə birinci edir. 1985-ci ildə Stiven Spilberq onu "The Color Purple" filminə çəkir. Bu filmdəki rolu ilə o, Oskara namizəd olur. 1986-cı ildə "Opra Uinfri Şou" adlı proqrama başlayır. Tolk şou qısa zamanda "Ən yaxşı proqram", Opra isə "İlin ən yaxşı aparıcısı" seçilir.
Samirə Tağıyeva, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər