02 fevral 2022 14:46
1168

Dağıstan turu "Qırmızı kitab"a düşə bilər

"Dağıstan turunun "Qırmızı kitab"a düşmə ehtimalı var".

“İki sahil” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Xidmət rəisi bildirib ki, son iki ov mövsümündə həmin növün ovlanmasına qadağa qoyulub: "Hazırda Dağıstan turunun sayğısı aparılır. Böyük ehtimal ki, həmin növlərin sayında azalma müşahidə olunur. Yekun nəticələr barədə yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək" - o qeyd edib.

O deyib ki, Dağıstan turunun sayılması prosesində Rusiyadan olan mütəxəssislərin köməyindən istifadə edilir, eyni zamanda dronlarla da müşahidə aparılır: "Bu istiqamətdə müfəssəl iş aparılır və yaxın vaxtlarda ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Dağıstan turunun azalmasına əsas təsir göstərən amil ovçuluq deyil. Heyvanların miqrasiyası da bu prosesdə mühüm rol oynayır.