Finlandiya alimlərinin pomidorun insult riskini 59 faiz azalda biləcəyini müəyyən etdikləri bildirilib.
“İki sahil” “Daily Express”ə istinadən xəbər verir ki, Şərqi Finlandiya Universitetinin alimlərinin araşdırmaları nəticəsində pomidorun insultun qarşısının alınmasında faydalı olduğu məlum olub. 46-65 yaş arası 1031 kişi arasında aparılan araşdırmada əvvəlcə bütün iştirakçıların insult üçün əsas risk faktoru olan qan təzyiqinin qorunmasına və xolesterin səviyyəsinin aşağı salmağa kömək edən güclü antioksidant olan likopen səviyyələri sınaqdan keçirilib. Alimlər tərəfindən tədqiqat iştirakçıları orta hesabla 12 il müşahidə olunub. Bu müddət ərzində ümumilikdə 67 nəfər insult keçirib. Eyni zamanda tədqiqatçılar ən aşağı likopen səviyyəsinə malik 258 nəfərdən 25-nin insult keçirdiyini və ən yüksək likopen səviyyəsinə malik 259 insandan isə yalnız 11-nin insult keçirdiyini qeyd ediblər.
Qeyd edək ki, likopen bir çox qırmızı və narıncı bitkilərin tərbində olur. Likopenin insan orqanizmində əsas funksiyası antioksidant effektdir. Oksidativ stressin azalması hesabına aterosklerozun qarşısını alır və DNT-nin müdafiəsini təmin edir. İmmuniteti möhkəmləndirir, qocalmanınn qarşısını alır, prostat vəzin funksiyalarını normallaşdırır. Kişi və qadınlarda cinsiyyət sisteminin normal funksiyalarını təmin edir.
Beləliklə alimlər likopen səviyyəsi yüksək olan insanların insult keçirmə riskinin ehtimalı aşağı olanlara nisbətən 59 faiz az olduğu qənaitinə gəliblər. Araşdırmada əsas likopen mənbələrindən birinin pomidor olduğu qeyd edilib. Tədqiqatla bağlı qeydlərində elm adamları bildiriblər ki, bu perspektivli araşdırma göstərir ki, pomidor və onlaradan hazırlanan tomat məhsulları likopen səviyyəsi yüksək olan kişilərdə hər cür insult və işemik insult riskini azaldır.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər