02 fevral 2022 23:29
919

Arvadım səhərə qədər "TikTok" çəkir, bezmişəm...

Türkiyənin İzmir şəhərində ailə "TikTok" sosial şəbəkəsinə görə boşanıb.

“İki sahil” xəbər verir ki, İzmirdə yaşayan iş adamı Ferit K. (43) və 15 illik həyat yoldaşı B.K. (41) keçən il boşanma qərarı alıblar.

Həyat yoldaşının uzun müddət "TikTokda" vaxt keçirdiyini və buna görə də iki qızı ilə heç bir maraqlanmadığını iddia edən iş adamı məhkəmə prosesində qızlarının himayəçiliyini tələb edib. Müvəqqəti himayəçilik tələbi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş pedaqoq ananın uşaqlarla bağlı öhdəliyini kobud şəkildə pozduğunu və qəyyumluğun müvəqqəti və ya daimi olaraq ataya həvalə edilməsini doğru hesab edib.

Boşanma qərarı verildikdə daimi qəyyumluq tələb edən ata bildirib ki, həyat yoldaşı gecədən səhərə qədər "Tiktok" videoları çəkir: "Əslində bu vəziyyət səhərə qədər davam edir. Özündən əlavə kiçik qızımı da "TikTok"a öyrətdi. Qızım da video çəkib paylaşmaq istəyir. O da kliplərində qızlarımızı çəkir".