Günümüzdə müxtəlif elektrik məhsullarının olması bir çox insanı enerjiyə qənaət etmək üçün yollar axtarmağa məcbur edir. Elektrik enerjisinə qənaət etməyin bəzi üsulları var.
Enerji səmərəliliyi
Elektron cihaz alarkən enerji səmərəliliyi olan A, A+, A++, A+++ cihazlarını seçin. Bu cihazlar daha az enerji ilə işləyir.
Soyuducunun yeri
Soyuducunuzu günəş düşən yerdə, radiatorlar və ya istilik verən cihazların yanında qoymayın. Soyuducu xaricdən istilik aldığı üçün içini soyutmaq çətinləşir və elektrik sərfiyyatı artır.
Elektrik sobasından istifadə
Yemək bişirərkən sobanın qapağını lazım olduğundan artıq açmayın. Unutmayın ki, hər dəfə qapağı açanda sobanın temperaturu 25-30 dərəcə aşağı düşür. Bundan əlavə, şüşə və keramika qablara üstünlük versəniz, sobanın temperaturunu 15 dərəcə aşağı sala bilərsiniz.
Paltaryuyan maşın
Paltarlarınızı yuyarkən maşının tam gücü ilə işlədiyinə əmin olmalısınız. Paltarları qoyduğunuz zaman barabanla arasında bir qarış boşluq olmalıdır. Az çirklənmiş paltarlar üçün qənaət edən proqram tətbiq etməlisiniz.
Qabyuyan maşından istifadə
Qablarınızı maşında yuyarkən 60 dərəcə deyil, 50 dərəcə istilikdə yumaqla 10 faiz daha az enerji sərf edə bilərsiniz.
Ütüdən istifadə
Paltarlarınızı nəm ütüləsəniz, ütünüz daha az enerji sərf edəcək. Ütü alarkən buxar tutumu yüksək olan model seçməyi unutmayın. Ütünüzün kirəcdən özünü təmizləyə bilməsi də vacibdir.
Tozsorandan istifadə
Torbalı tozsoranlar yerinə su ilə işləyənlərə üstünlük verin. Tozsoranınız torbalıdırsa, istifadədən əvvəl onu boşaldın ki, çəkim gücü azaldıqca enerji çox sərf etməsin.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər