“Zvyozdoçka” məlhəmi demək olar ki, bütün sovet ailələrinin evində olurdu. Onu adətən soyuqdəymə, baş ağrıları, əzələ ağrıları və travmalarda istifadə edirdilər.
Bu məlhəm Sovet İttifaqına 20-ci əsrin ortalarında Vyetnamdan gətirildi. “Danafa Pharmaceutical ASC” əczaçılıq şirkəti tərəfindən istehsal edilirdi. Vyetnamda bu məlhəm rus dilində "Böyük Qızıl Ulduz" mənasını verən "Cao Sao Vang", SSRİ-də isə sadəcə "Ulduz" adlandırılırdı.
Hazırda da istənilən aptekdən Vyetnam "möcüzəsi" ala bilərsiniz. "Ulduz" təbii inqrediyentlərdən hazırlanmışdır, balzamın tərkibinə arı mumu, kamfora, nanə, mixək və evkalipt yağı daxildir. Məlhəm üzərində sarı ulduz olan kiçik metal bankaya yığılır.
Deyilənə görə, Vyetnamda bu balzamdan əsasən, ölkədə çox rast gəlinən həşərat dişləməsindən sonra qaşıntıları aradan qaldırmaq üçün istifadə olunur. Lakin Sovet İttifaqında tətbiq dairəsi xeyli genişlənmişdir. Baş ağrısı zamanı gicgahları ovuşdururdular, axan burunun qarşısını almaq üçün məlhəm burun qanadlarına çəkilirdi, soyuqdəymə zamanı xardal plasterləri yerinə sinə və kürəyə sürtürdülər. Bəzən doza aydın şəkildə aşılırdı və dəri soyulmağa başlayırdı.
Ulduz balzamını açan hər kəs bunun o qədər də asan olmadığını bilir. Ancaq belə bir qablaşdırma sıxlığı, hermetik şəkildə bağlanmış bir bankanın "ulduz" un faydalı xüsusiyyətlərini uzun müddət saxlamağa imkan verməsi üçündür. Belə bir məlhəmin optimal rəf ömrü dörd ildir.
Vyetnamda Böyük Qızıl Ulduz balzamının istehsalı ilə bir neçə əczaçılıq fabriki məşğul olurdu. Populyarlığın zirvəsinə səksəninci illərin birinci yarısında, ildə 20 milyon bankaya qədər balzam istehsal edildiyi zaman çatdı. Hazırda dünyada müvafiq olaraq belə tələbat yoxdur və istehsalın həcmi bir neçə dəfə azalıb.
“Ulduz" balzamı yalnız xaricə istifadə edilə bilər. Selikli qişa ilə ən kiçik təmas xoşagəlməz yanma hissi yaradır. Balzamın tərkibində təbii maddələr olsa da, bəzi xəstələrdə ona qarşı dözümsüzlük var, dəri ilə təmasda ciddi allergiya yaranır və müalicə dərhal dayandırılmalıdır.
İnsanlar müxtəlif şeylərdən istifadə etməyin ən gözlənilməz yollarını tapmağı sevirlər. Buna görə də, "Qızıl Ulduz" həmişə yalnız müalicə üçün istifadə edilmirdi. O, tarakanlarla mübarizə üçün yaxşı vasitə hesab olunurdu. Həm də divanlara yüngülcə sürtürdülər, qoxu ev pişik və itlərini divana çıxmaqdan çəkindirirdi .
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər