04 fevral 2022 02:59
671

Almanı necə yemək düzgündür?

Avstriyanın Qrats Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti almanı düzgün yemir.

"İki sahil" Gazeta.ru-ya istinadla xəbər verir ki, almalarda olan xeyli sayda faydalı bakteriya insan orqanizminə, xüsusən də mədə-bağırsaq sisteminə müsbət təsir edir.

Alimlərin apardığı araşdırma zamanı məlum olub ki, almanın hər bir qramında təqribən 500 min müxtəlif bakteriya var. Onlar belə qənaətə gəliblər ki, faydalı mikroorqanizmlərin - probiotiklərin 90 faizi almanın özəyində yerləşir.

Buna görə də almanın faydasını görmək üçün meyvəni adətən dişlənmiş hissəsi - özəyi ilə birlikdə yemək lazımdır.