04 fevral 2022 10:39
788

Türkiyəli fermerlər qarda mal-qaralarını belə gəzdirirlər - FOTO

Türkiyənin Muğla vilayətinə yağan güclü qar fermerlərin işini çətinləşdirib.

“İki sahil” xəbər verir ki, Ovacık kəndində fermerlər inək və qoyunlarını iki metrlik qar kütləsi ilə əhatə olunmuş çığırların vasitəsilə gəzdirə bilir.

Yerli sakinlər bildiriblər ki, son beş ildə yaşadıqları ərazidə quraqlıq olub, ona görə də sakinlər qarın yağmasını “bolluq” kimi dəyərləndirib.