04 fevral 2022 14:37
532

3-cü dozanı “Pfizer” vurdura bilərikmi? - Açıqlama

Birinci və ikinci dozanı “Pfizer” vaksini vurduranlar üçüncü dozanı da “Pfizer” vurdura bilərlər.

“İki sahil” xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, vətəndaşlar 3-cü doza olaraq istədikləri növ peyvənddən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Pfizer-BioNTech” vaksini vurulan tibb müəssisələrinin sayı yanvar ayında 2 dəfə artırılıb. Hazırda ölkəmizdə 68 tibb müəssisəsində “Pfizer” vurulur.