07 fevral 2022 16:08
768

Corcinadan Ronaldoya 200 minlik hədiyyə - FOTO

Corcina Rodriges sevgilisi, dünya şöhrətli futbolçu Kriştiano Ronaldoya ad günündə avtomobil hədiyyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.

"37 yaşın mübarək, həyatımın sevgisi. Səni sonsuz sevirik. Sən Allahın bizə verə biləcəyi ən yaxşı ata və həyat yoldaşısan. Başına gələn ən gözəl şeylərə layiq olan əsl döyüşçü. Sən mükəmməl və ilham qaynağısan" - deyə, o, yazıb.

Qeyd edək ki, "Cadillac Escalad" markalı avtomobilin qiyməti 200 min dollardan çoxdur.

Onu da qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib. Hazırda ikili biri qız, digəri oğlan olmaqla əkiz övladlarının dünyaya gəlməsini gözləyir.