07 fevral 2022 18:00
1225

Dünyanın ən bahalı oyuncaqları - FOTO

Stefano Kanturi- “Barbie”

Stefano Kanturinin “Barbie” gəlinciyi . Qiymət: $302 500

Dünyanın ən bahalı “Barbie” gəlinciyi 2007-ci ildə tanınmış oyuncaq istehsalçısı Mattel tərəfindən Avstraliyalı dizayner Stefano Kanturi ilə birgə hazırlanmışdır.

Qara paltarlı gəlinciyin boynunda ağ və çəhrayı brilyant qaşlarla bəzədilmiş boyunbağı, barmağında brilyant üzük var. Qiməti 302 500 dollardı.
Sidneydə rəsmi təqdimatdan dərhal sonra, gəlincik Nyu-Yorkta yerləşən “Christies” hərrac evinə aparıldı. Təşkilatçılar gəlinciyin 600 min dollara satılacağını güman etsələr də, real məbləğ 302,500 dollara bərabər oldu. Hərracın bütün gəlirləri Döş Xərçəngi ilə Mübarizə  Fonduna bağışlandı.

Yellənən qızıl  at

Qeyd edək ki, bu bahalı oyuncaq yüksək əyarlı qızıldan hazırlanıb.  Qiyməti isə təxminən 1 milyon 28 min dollaradır.  Oyuncaq Qinza Tanakiko tərəfindən Yaponiya taxtının vəliəhdi şahzadə Akisinonun doğum gününə hazırlanıb. Çəkisi isə təxminən 26 kq-dır.

Kubik Rubik

"Ginnesin Rekordlar Kitabı"na da düşən “Kubik Rubik”in  qiyməti 1.5 milyon dollardır. O, amerikalı zərgər Fred Kuelyar tərəfindən 1350 qiymətli daş-qaşdan hazırlanıb.Qeyd edək ki, təmiz qızıldan ibarət olan bu qeyri-adi oyuncağın üstü zümrüd, ametist və rubin kimi bahalı daş-qaşlarla ilə bəzədilib.

Oyuncaq qatar

1906-cı ildə Marklin tərəfindən istehsal edilən bu oyuncaq qatarı “Christie's”də 179,140 dollara satıldı. 

Bu qatarın həqiqi duman çıxaran üç metrli lokomotivi, 1-ci sinif vaqonu, verandası olan restoranı, hətta siqarət çəkənlər üçün düşünülmüş xüsusi vaqonu belə var.

«Steiff» və «Louis Vuitton» un “Teddy ayısı”

“Louis Vuitton”və  “ Steiff” tərəfindən hazırlanan  “Teddy ayısı”nın qiyməti təxminən   2.1 milyon dollardır.  
2000-ci ildə Alman firması Steiff tərəfindən 140-cı ildönümü münasibətilə məhdud sayda hazırlanan bu ayıların gözləri sapfir və almazdandır. 43 min dollar xərc çəkilərək hazırlanan bu ayıcıqlar 2.1 milyon dollar qiymətə satılıb.

«Shimansky» dən  futbol topu

Futbol üzrə 2010-cu ildə keçirilən dünya çempionatının şərəfində Cənubi Afrika brendi "Shimansky" ağ və qara brilyiantlarla örtülmüş futbol topunu təqdim edib. Topun hazırlanmasına 3 ay vaxt sərf olunub.  5 funt çəkisi olan bu oyucaq top 6620 ağ və 2630 qara brilyantlar ilə bəzədilib. Onun isə 2 milyon 590 min dollardır.

«Lamborghini Avendator LP 700-4» oyuncaq maşın

“Lamborghini Aventador LP 700-4” oyuncaq maşının qiyməti təxminən  4,7 milyon dollardır.

2011-ci ildə Lamborghinin əsl nüsxəsi olan oyuncaq “Lamborghini Aventador LP 700-4” dizayner Robert Qalpen tərəfindən hazırlanmışdır.

1:8 səviyyəsində olan oyuncaq modelinin dəyəri 4,7 milyon dollara bərabər olub ki, bu da orijinal Lamborghini Aventador LP 700-4 qiymətindən 12 dəfə çoxdur. 

Minyatür supermaşının hissələri qiymətli daşlardan və materiallardan hazırlanmışdır. Təkərlərin diskləri platin və qızıldan hazırlanıb, fənərləri, sükan çarxı, təkərlər və oturacaqlar brilyantlarla bəzədilib. Bu minyatür oyuncaq maşının üzərində təxminən 500 saat işlənmişdir. İstifadə olunan  bütün materialların ümumi dəyəri  isə 2 milyon dollar olub.

“Madame Alexander”in “Eloiz” gəlinciyi

Almaniya brendi "Madame Alexander"dırın kolleksiyasına daxil olan bu qeyri-adi kuklanın  geyimi  "Christian Dior", xəzi "Oscar de la Renta", aksesuarı isə "Katherine Baumann" və "Swarovski"dəndir.  “Elioza” adlı bu gəlincik 9 karat brilyantlar ilə bəzədilib.  Bu bahalı gəlinciyin qiyməti isə 5 milyon dollardır.

 «L'Oiseleur»

Mexanik oyuncaq "L'oiseleur”i qiyməti təxminən  6,25 milyon dollardır.

"L'oiseleur" mexanika oyuncağı, isveçrəli  Kristian Bayne tərəfindən, 2340 ədəd cilalanmış poladdan yığılmış  dünyanın ən bahalı oyuncağıdır. Usta, onu təxminən 62 günə hazırlanmışdı.

Ağırlığı 55 kq, uzunluğu isə 120 sm olan elit mexanik oyuncaq, ipək, atlaz və məxmərdən tikilmiş geyimdədir, üzü, ayaqları və əlləri isə farfordan hazırlanmışdır. Çox maraqlıdır ki, o  fleytada ifa edə bilir.

Samirə Tağıyeva, “İki sahil”