4 yanvar 2022-ci ildə Böyük Britaniyadan olan yaşlı cütlük 81 illik evliliyini qeyd etdi. Keçən il II Yelizaveta özü onlara təbrik məktubu göndərmişdi.
Ronald və Coys Bond 1941-ci ildə evləniblər. Joinfo.com xəbər verir ki, cütlük indi qocalar evində yaşayır, onların evliliyi dünyanın ən uzun nikahı adlanır.
Cənab Bondun indi 102 yaşı var, onun yaşlı həyat yoldaşının isə bu yaxınlarda 100 yaşı tamam oldu. Ron və Coys bir-birlərini gənc yaşlarından tanıyırlar və 81 ildir ki, rəsmi olaraq ər-arvaddırlar.
Cütlüyün qızı Bond deyir ki, onun valideynləri var-dövlət baxımından müxtəlif təbəqələrə mənsub idilər və 1941-ci il yanvarın 4-də baş tutan toy günü sevgililər bu nikahın ömrünün qısa olacağını proqnozlaşdırıblar. Zaman göstərdi ki, onlar öz qiymətləndirmələrində və mühakimələrində yanılıblar.
Ron və Coys Bond, kifayət qədər yaşlı olduqlarına baxmayaraq, ayıq düşüncə və möhkəm yaddaşa malikdirlər. Onlar həmişə olduğu kimi bütün günləri və axşamları birlikdə keçirir, gənclik vaxtlarını böyük məmnuniyyətlə xatırlayırlar.
Keçən il cütlük Palıd toyu - birlikdə həyatlarının 80 illiyini qeyd etdi. II Yelizaveta özü onları bu əlamətdar yubiley münasibətilə təbrik etdi. Cütlük İngiltərə kraliçasından açıqca aldığına görə inanılmaz dərəcədə xoşbəxt olmuşdu.
Onların evliliyinin belə uzunömürlü olmasının sirrini soruşduqda xanım Bond cavab verir ki, əri ilə münasibətlərində heç vaxt rəis və işçi münasibəti olmayıb.
“Münasibətlərimizdə əsas yoxdur. Həm veririk, həm də alırıq. Təbii ki, 81 il birlikdə yaşayacağımızı xəyal belə edə bilməzdik, çox şanslıyıq ki, bu heyrətamiz məqsədə nail olduq. Bəzən həyat çox çətin olur, amma biz bütün çətinliklərə birlikdə qalib gəlirik. Səkkiz onillik ərzində ərim və mən bir-birimizə həmişə qayğı göstərmişik”,-deyə Coys müsahibəsində bildirib.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər